
Hüquq mühafizə orqanları ilə müxalifət arasında baş verən qarşıdurmada xəsarət alan jurnalistlər arasında Rusiya kütləvi informasiya vasitələrində çalışanlar da olub
Son iki gün ərzində Kiyevin Avropa meydanında və Qruşevski küçəsində hüquq mühafizə orqanları ilə müxalifət arasında baş verən qarşıdurmada 24 jurnalist xəsarət alıb.
Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Ukraynanın “Telekritik” saytı yayıb. Xəsarət alan jurnalistlər arasında Rusiya kütləvi informasiya vasitələrində çalışanlar da olub.
Hələlik bu siyahıda Rusiyadan “Novaya qazeta”nın fotomüxbiri Yevgeni Feldmanın və Moskvanın “Bizim rayon” qəzetinin keçmiş baş redaktoru Dmitri Surninin adları dəqiqləşdirilib.
Xatırladaq ki, Kiyevdəki qarşıdurma yanvarın 19-da başlayıb.
Qaynar.info