Xəbər lenti

Kiyevdə azərbaycanlıların bandası ələ keçdi - FOTOLAR
Dünya15:24 07.03.2016

Kiyevdə azərbaycanlıların bandası ələ keçdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyev polisləri azı səkkiz nəqliyyat vasitəsini qaçırılmasına aidiyyatı olan dörd Azərbaycan vətəndaşını saxlayıblar.
Oxu.az xəbər verir ki, bu barədə öz Facebook səhifəsində Ukraynanın Milli polis rəisi Hatiya Dekanoidze yazıb.
Müəyyən edilib ki, qrup yerli avtomobillərin qaçırılması üzrə ixtisaslaşıb. Maşınları sonradan satmaq üçün öncədən hazırlanmış qarajlara aparırdılar.
“Maşın qaçıranları cinayət üstə yaxalayıblar. Qarajlarda əməliyyatçılar dörd qaçırılmış nəqliyyat vasitəsi aşkar ediblər. Bundan başqa, saxlanılan qrupun ən azı beş analoji epizoda aidiyyatı olduğunu sübut edən dəlillər aşkar edilib”, - Dekanoidze qeyd edib.
İstintaq aparılır. 
Qaynar.info