Xəbər lenti

Kiyevdə daha bir rusiyalı diversant ələ keçdi (FOTO)
Dünya19:06 26.02.2022

Kiyevdə daha bir rusiyalı diversant ələ keçdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyevdən məlumatları "qardaşlarına” ötürən rus diversant ifşa edilib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
"Naməlum bir kişi yanğınsöndürmə məntəqəsinin yaxınlığında yerləşən bağlı mağazanın yanında qeydləri olan dəftər şəklində bir "hədiyyə” qoyub, "qardaşlarına” mesaj buraxmağa cəhd edib və sonra dabanqırma qaçıb. Onun olduqca qəribə davranışı ciddi şübhələr doğurub, ona görə də demək olar ki, dərhal naməlumun qarşısını xilasedicilərimiz alıb”, - məlumatda bildirilir.
Təxribatçı hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib, onun əməlləri barədə müdafiə şöbəsinə məlumat çatdırılıb.
"Yəqin ki, bu insanlıqdan kənar şəxslər artıq bizim kişilərdən o qədər qorxurlar ki, uzaqdan hərəkət edirlər. Nə deyim... Heç bir nəticə vermədi!", - deyə xidmət məlumatı şərh edib.
Bundan əvvəl ərazi müdafiəsi üzvləri Kiyevin kənarında yanğın törətmək istəyən bir diversantı saxlamışdılar.
 
Alpər