Xəbər lenti

Kiyevdə gecə baş verən partlayışların təfərrüatları bilindi
Dünya11:47 03.03.2022

Kiyevdə gecə baş verən partlayışların təfərrüatları bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecə Kiyevdə 3-4 partlayış olub. Hava hücumundan müdafiə qüvvələri hava hədəflərini vurub.
Qaynarinfo bu barədə Ukraynanın Operativ Silahlı Qüvvələrinin Telegram kanalına istinadla xəbər verir.
"İnternet resurslarının monitorinqi zamanı məlum olub ki, martın 2-dən 3-nə keçən gecə Kiyevdə bir neçə partlayış (3-4 partlayış) baş verib. Fövqəladə hallar üzrə Dövlət Xidmətinə əhalidən müraciət daxil olmayıb", - məlumatda deyilir.
İlkin məlumata görə, hava hədəfləri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Partlayışların sayı və yeri barədə məlumatlar dəqiqləşdirilir.
Kiyev Şəhər Dövlət Administrasiyasından bildirilib ki, şəhər infrastrukturu normal işləyir: istilik, su, elektrik enerjisi, bütün ərazilərdə rabitə mövcuddur.
Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik deyib: "Hava hücumundan müdafiə qüvvələri gecə işləyirdi. Partlayışlar isə düşmən raketlərinin atışları olub".
O, əlavə edib ki, raket parçaları dəmir yolu vağzalının yaxınlığındakı istilik magistralını zədələyib. İstilik təchizatı üçün heç bir təhlükə yoxdur, səhər saatlarında təcili yardım briqadaları zədələnmiş yeri təmir edir.
Xatırladaq ki, martın 3-də saat 1:40-dan sonra Ukrayna paytaxtında silsilə güclü partlayışlar baş verib. Onlar Kiyevin müxtəlif rayonlarında eşidilib.
Alpər