
Kiyevdə AvroMaydanda polislə aksiya iştirakçıları arasında baş verən qarşıdurma zamanı artıq 1 nəfər həlak olub.
Qaynar.info BBC Ukrayna xidmətinə istinadən bildirir ki, aksiya iştirakçısı olan gənc odlu silahdan açılan atəş nəticəsində 4 güllə yarası alıb və yanvarın 22-də səhər ölüb.
"Ukrainskaya Pravda" ölən gəncin Sergey Niqoyan adlı erməni olduğunu deyib.
Qəzetin məlumatına görə, güllələrdən biri onun boynuna, digəri isə başına dəyib: "Onun hansı güllə ilə vurulması məlum deyil, yəqin ki, hər şey tibbi ekspertizanın rəyindən sonra məlum olacaq".
Qaynar.info