Xəbər lenti

Kiyevdə milis avtobusları yandırıldı - FOTOLAR - VİDEO
Dünya06:22 21.01.2014

Kiyevdə milis avtobusları yandırıldı - FOTOLAR - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiyevin mərkəzində, “Dinamo” stadionunun yaxınlığında qarşıdurma davam edir.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar vaxtaşırı güc strukturlarının əməkdaşlarını fişəng atəşinə tuturlar.
 
“Dinamo” stadionunun qarşısında milis əməkdaşlarını daşıyan avtobuslar yandırılıb. Ərazi tüstü dumanına bürünüb.
 
Bir qədər əvvəl, vəziyyətin növbəti dəfə gərginləşməsi anında, hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə aksiya iştirakçısını həbs edib.

Qaynar.info