
Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 26-cı dəfə müstəqillik gününü qeyd edən Ukraynada baş verən partlayışda 2 nəfərin yaralandığı deyilir. Hadisə yerinə çox sayda polis və təcili yardım əməkdaşları cəlb edilib.
Partlayış terror olub-olmaması barədə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, ABŞ müdafiə naziri Ceyms Mattis Ukraynada səfərdədir. Partlayışdan sonra hökümət binaları polis tərəfindən nəzarətə götürülüb.
Gülşən
Qaynarinfo.Az