Ukraynanın paytaxtı Kiyevdə Rusiya səfirliyinə məxsus avtomobilə od vurulub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ağ rəngli "Volkswagen Jetta" markalı maşın yandırılıb. Kiyev polisi hadisədə əli olanları axtarır.
Qeyd edək ki, gecə saatlarında Krımda Rusiya və Ukrayna hərbi gəmiləri arasında qarşıdurma yaşanıb. Rusiya 3 Ukrayna hərbi gəmisini ələ keçirib, 3 hərbçi isə yaralanıb.
Gülşən