
Kiyevdə odlu silahdan açılan atəş nəticəsində iki ildir ailəsi ilə Ukrayna paytaxtında yaşayan Gürcüstan vətəndaşı Dato Kipiani ölüb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, D.Kipianini snayper güllələyib.
Məlumatda qeyd edilir ki, Dato Kipiani Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının üzvü idi.
