Kiyevdə vəziyyət mürəkkəbdir, ancaq nəzarət altındadır.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat xidməti Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznikə istinadən məlumat yayıb.
"Martın 6-na keçən gecə Kiyevdə sakit keçdi. Şəhərdə vəziyyət mürəkkəb olsa da, nəzarət altındadır... Saat 07:00-da komendant saatı başa çatdı, zəruri mallar ala biləcəyiniz mağazalar işə başladı. Apteklər, pet mağazalar, ev heyvanları üçün apteklər açıqdır", - o deyib.
Povoroznik xatırladıb ki, sağ və sol sahillər arasında iki körpü işləyir - bunlar Severnı və Darnitskidir və paytaxtın bütün sürücüləri ictimai nəqliyyat zolaqlarından qaçmalı, təcili yardım maşınları və humanitar yardımların keçməsinə imkan verməlidirlər.
"Humanitar Mərkəz şəhərdə fəaliyyətini davam etdirir. Biz ərzaq ehtiyatlarını toplamağa davam edirik - bu gün bizim də könüllülərə ehtiyacımız var. Bundan əlavə, Kiyevə gələn dərman partiyaları ilə işləmək üçün könüllü əczaçılar lazımdır", - o deyib.
Alpər