Ukrayna paytaxtı Kiyev şəhərinin Şevçenko rayonunu Rusiya ordusu tərəfindən atəşə tutulub.
Qaynarinfo bildirir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu gün saat 06:29-da 9 mərtəbəli binada yanğın baş verməsi barədə xilasedicilərə xəbər daxil olub. Dərhal hadisə yerinə ən yaxın yanğınsöndürmə və xilasedicilər gəlib. Müəyyən edilib ki, Rusiya ordusunun atəşə tutması nəticəsində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib, 7, 8 və 9-cu mərtəbələri qismən dağılıb. Yanğın sahəsi 300 kv. m. əhatə edib.
Hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib. Raketinin düşdüyü evin dağıntıları altında insanlar qalıb.
O bildirib ki, xilasedicilər və həkimlər hadisə yerində işlərini davam etdirirlər. Xilasedicilər bir uşağı dağıntılar altından çıxara bilib.