Xəbər lenti

Kliçkoya qarşı sui-qəsd oldu
Dünya15:42 17.12.2013

Kliçkoya qarşı sui-qəsd oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiyevin “Julyanı” və “Borispol” aeroportları Kliçkonun təyyarəsinə eniş imkanı verməyiblər

Ukrayna boksçusu və siyasətçisi Vitali Kliçkonun partiyası “UDAR” bu gün Ukrayna hakimiyyətini liderinə qarşı sui-qəsd hazırlamaqda ittiham edib.

ANS PRESS Ukrayna internet nəşri “Levıy bereq”ə istinadən bildirir ki, partiyanın hüquq bölməsi redaksiyaya bu barədə məktub yolayıb. Ukrayna hakimiyyəti hələlik məktuba cavab verməyib.

Məktubda noyabrın 24-də baş vermiş hadisədən bəhs edilib. Həmin gün Kiyevin “Julyanı” və “Borispol” aeroportları Kliçkonun təyyarəsinə eniş imkanı verməyiblər, bunu terror əleyhinə tədbir kimi dəyərləndiriblər. Partiya bunu avia qəza yaratma cəhdi kimi dəyərləndirib.


Qaynar.info