Xəbər lenti

Klinton, yoxsa Tramp: Kim öndədir?
Dünya06:06 04.08.2016

Klinton, yoxsa Tramp: Kim öndədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı artıq 10 faiz qabaqlayır.

Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, Fox News telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 49 faizini, Tramp isə 39 faizini toplaya bilər.
 
Bir ay əvvəl telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 6 faiz təşkil edirdi.
 
Avqustun 2-də  "Reuters" agentliyi  və "İpsos" şirkəti tərəfindən birgə keçirilmiş sorğunun nəticələrinə görə  Klinton Trampı 8 faiz qabaqlayıb.
 
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

Qaynarinfo.Az