Xəbər lenti

Klonlaşdırılmış qoyun Dollinin yaradıcısı Yan Uilmut vəfat etdi
Dünya12:13 12.09.2023

Klonlaşdırılmış qoyun Dollinin yaradıcısı Yan Uilmut vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniyalı embrioloq, dünyanın ilk klonlaşdırılmış məməlisi Dolli adlı qoyunun yaradıcılarından biri Yan Uilmut 79 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazır.
Professor Uilmut Edinburq Universitetinin Roslin Heyvan Elmləri İnstitutunda çalışıb və onun elmi işləri kök hüceyrə tədqiqatının əsasını qoyub. 
Elmin bu istiqaməti qocalmanın bir çox xəstəliklərini müalicə etməyə, bədənə zədələnmiş və ya funksionallığını itirmiş toxumaları bərpa etməyə imkan verir.
Uilmutun elmi irsi regenerativ tibb kimi tanınan yeni bir sahənin yaradılmasını əhatə edir. Onun böyük potensialı var, çünki gələcəkdə daha çox insanın daha uzun yaşamasına və daha sağlam qalmasına imkan verə bilər.
1996-cı ildə Dollinin yaradılması 20-ci əsrin ən böyük elmi nailiyyətlərindən biri hesab edilir.
Professor Uilmut donorla genetik olaraq eyni canlı orqanizm yaratmaq üçün ölü bir yetkin qoyunun süd vəzi hüceyrəsindən istifadə edən alimlər qrupuna rəhbərlik edib. 
Dolli təcrübəsi, yetkin bir heyvan hüceyrəsindən canlı orqanizminin klonlaşdırmasının ilk cəhdi olub. 
Klonlaşdırma texnologiyası yetkin hüceyrənin DNT-sini boş qoyun yumurtasına yerləşdirməyi nəzərdə tuturdu. Daha sonra yumurta elektrik və kimyəvi maddələrə məruz qalır, bu da embriona çevrilən yetkin DNT-nin "cavanlaşmasına” səbəb olur. Daha sonra o, klonlaşdırılmış embrionu doğuş müddətinə qədər daşıyan surroqat qoyuna implantasiya edib.
Nizami Bağırov