Xəbər lenti

Kobanidən sonra Cənubi Azərbaycanın hədəfə alındı
Dünya11:10 11.11.2014

Kobanidən sonra Cənubi Azərbaycanın hədəfə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kürd terror qruplaşmaları Azərbaycan torpaqlarına qarşı iddialarından əl çəkmir. Musavat.com-un məlumatına görə, PJAK terror qruplaşmasının həmsədri Qərbi Azərbaycan Vilayətinə (ostan) göz dikdiklərini rəsmi şəkildə dilə gətirib. 
Əbdul Rəhman Hacı Əhmədi iki gün öncə bir kürd mətbu orqanına verdiyi müsahibədə açıq etiraf edib: “Ümid edirəm Kobani və Suriyanın kürd bölgəsində əldə olunan təcrübələr, İranın kürd məntəqəsi və Azərbaycanın qərbində nümunə kimi istifadə olunacaq”.
Terrorçu lider PJAK və digər kürd qruplaşmalarının Suriyanın kürd bölgələrinin təcrübəsini Azərbaycanın qərbində istifadə etməli olduğunu vurğulayaraq, Qərbi Azərbaycandakı PJAK terrorçularının Kobaniyə göndərildiyini də dolayısıyla təsdiqləyib. (GünAz TV) 
Qeyd edək ki, kürdlərin Qərbi Azərbaycan ərazisinə göz tikməsinə kürd rəsmilərin açıqlamalarında vaxtaşırı rast gəlinir. Bu kürdlərin yerli məsulları və İran parlamentindəki millət vəkilləri səviyyəsində zaman-zaman dilə gətirilir. Son zamanlar Kürd terrorçu qruplaşmalarının Güney Azərbaycanın qərb bölgəsində terror aktları törətməsi yenidən gündəmə gətirilib. Terrorçuların Qərbi Azərbaycana yerləşmə istəyi, İran rejiminin Qərbi Azərbaycanı kürdləşdirmə cəhdi ilə üst-üstə düşür! Son aylarda kürd terrorçuları ilə cənublu qardaşlarımız arasında bir neçə dəfə itkilərlə müşayiət olunan silahlı toqquşmalar baş verib.
Qaynar.info