Maqazin 13:52 12.01.2023

Kökəlmiş "Kainat gözəli 2021" xeyterlərlə mübarizə aparır (FOTO)

Tənqidçilər 2021-ci ildə "Miss Universe” müsabiqəsinin qalibi olmuş hind gözəli Harnaaz Sandhunu boğaza yığıblar.

Qaynarinfo bu barədə StarHit-ə istinadla xəbər verir.

Əgər 2021-ci ildə tamaşaçılar 79 rəqibini məğlub edərək dünyanın ən gözəl qızı adını qazanan 21 yaşlı hindistanlı tələbənin incə formalarına heyran idilərsə, az vaxt sonra Sandhunu artıq çəkiyə görə qınamağa başlayıblar.

"Kökəldiyim üçün məni təhqir edirlər", - gözəl xatırladıb. Yad adamların aqressiyasına dözmək onun üçün çətin olub. "Bu, necə göründüyünüzdən deyil, içərinizdə kim olduğunuzdan, insanlara necə davrandığınızdan və nəyə inandığınızdan irəli gəlir", - Sandhu əlavə edib.

Onun sözlərinə görə, o, yorucu rəqabətli məşqdən və yarışın gərgin ritmindən ara verməyə başlayandan sonra özünə gəlməyə başlayıb: "Mən sadəcə yemək yeyir, ailəmlə vaxt keçirdim. Bunun bədənimə necə təsir edəcəyini düşünmürdüm”.

Harnaaz Sandhu ictimaiyyət qarşısına növbəti dəfə "Kainat gözəli” 2022 finalında tacını təhvil verərkən çıxacaq. O, xarici görünüşünün yenidən pis niyyətlilərin tənqid mövzusuna çevrilə biləcəyini istisna etmir, lakin bunu yenidən ürəyinə salmaq niyyətində deyil. "Biz başa düşməliyik ki, öz çatışmazlıqlarımızla barışmalı olduğumuzu anladığımız bir an var", - Sandhu əmindir.

Alpər