Xəbər lenti

Körfəz ölkələri taxıl sazişinin uzadılmasını tələb edir
Dünya09:50 28.07.2023

Körfəz ölkələri taxıl sazişinin uzadılmasını tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fars körfəzi ölkələri taxıl sazişinin tezliklə uzadılmasının tərəfdarıdır. Onların fikrincə, təşəbbüs humanitar problemlərin həlli və bir çox ölkələrin ərzaq təhlükəsizliyinin təmin edilməsidir.
Qaynarinfo Əl-Awsat-ə istinadən xəbər verir ki, bunu Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budayvi deyib. 
Ukraynanın Səudiyyə Ərəbistanındakı səfiri Anatoli Petrenko əl-Budayvi ilə görüşdə o həmçinin qeyd edib ki, Şuranın bütün üzvləri Rusiyanın başlatdığı müharibənin həlli üçün dinc səyləri dəstəkləyir.
Baş katib, həmçinin vurğulayıb ki, Şuranın Ukraynadakı müharibə ilə bağlı mövqeyi beynəlxalq hüquq prinsiplərinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət əsasında beynəlxalq asayişin qorunmasına əsaslanır. 
Nizami Bağırov