Xəbər lenti

Kolerov: “Ermənistanla bağlı Ermənistan və Rusiya üçün həqiqət anı çatıb”
Dünya12:34 03.10.2023

Kolerov: “Ermənistanla bağlı Ermənistan və Rusiya üçün həqiqət anı çatıb”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistanla bağlı Ermənistan və Rusiya üçün həqiqət anı çatıb”.
Qaynarinfo xəbər verir ki, bunu oktyabrın 3-də rusiyalı politoloq Modest Kolerov Vladimir Putinin ekstradisiyasını və həbsini tələb edən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun Ermənistan parlamentinin ratifikasiyasını şərh edərkən deyib.
"İrəvanın bunun Putinə aidiyyatı olmadığı barədə yalanı yalandan başqa bir şey deyil. İrəvan da bunu bilir. O, bu qərarı bilərəkdən KTMT-dən çıxma elanı və Qarabağdakı Rusiya sülhməramlılarına qarşı ittihamları ilə qafiyələndirir”.
O qeyd edib ki, "Paşinyan əvvəlcə 2020-ci il məğlubiyyətindən sonra 100 min ermənini Qarabağa yerləşdirib, onları girov götürüb, indi isə oradan çıxarıb”.
"İrəvanda rusofobiya artacaq. Amma bu eyni bir şey deyil”, - Kolerov əlavə edib.
Oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. İndi sənədi Ermənistan prezidenti imzalamalıdır. Sənəd bundan 60 gün sonra qüvvəyə minəcək.
Alpər