
Viktor Babariko və Maria Kolesnikovanın vəkili Aleksandr Pılçenko "Exo Moskva”ya Aleksandr Lukaşenko ilə görüş dəvətinin müştəriləri üçün sürpriz olduğunu deyib.
Qaynarinfo xəbər verir ki, dəvət gəlməsinə baxmayaraq, Kolesnikova görüşməkdən imtina edib.
Vəkilin sözlərinə görə, istintaq təcridxanasında mülki geyimli insanlar Kolesnikovanın yanına gələrək kim olduqlarını və onu hara aparacaqlarını söyləməkdən imtina etdikləri üçün görüşməmək qərarı verib.
Ümumiyyətlə, vəkilin sözlərinə görə, görüş müsbət qarşılanıb. Ancaq həbsdə olan müxalifətçilər heç kimə öz adından danışmağa icazə verməyiblər. Üstəlik, tam hüquqlu bir dialoq üçün onların sərbəst buraxılmaları lazımdır.
Alpər