Xəbər lenti

Kolumbun gəmisi 500 ildən sonra tapıldı
Dünya11:07 13.05.2014

Kolumbun gəmisi 500 ildən sonra tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etdiyi “Santa Mariya” gəmisinin qalıqları 500 il keçəndən sonra Haiti sahillərində tapılıb.

Aktual.az xarici KİV-ə istinadən bildirir ki, Karib dənizindəki bu tapıntı dünya tarixində ən nadir sualtı tapıntılardandır. Amerika arxeoloqlarına rəhbərlik edən Barri Kliffordun sözlərinə görə, əminliklə demək olar ki, qalıqlar məhz əfsanəvi “Santa Mariya”ya məxsusdur.

O dövrün xəritələri, gündəlik qeydləri və s. bunu bir daha təsdiq edir.

Klifford qeyd edib ki, artıq tapıntı haqqında Haitiyə məlumat verilib. Onun fikrincə, ekspozisiya Haitiyə güclü turist axınına səbəb ola bilər.

Qaynar.info