Xəbər lenti

FBK rəhbərindən açıqlama: Navalnının bədənində təhlükəli maddə tapıldı (YENİLƏNİB)
Dünya06:57 21.08.2020

FBK rəhbərindən açıqlama: Navalnının bədənində təhlükəli maddə tapıldı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Korrupsiya ilə Mübarizə Fondunun (FBK) rəhbəri İvan Jdanov və Aleksey Navalnının həyat yoldaşı Yuliya siyasətçinin bir gün əvvəl xəstəxanaya yerləşdirildiyi Omsk xəstəxanasından gələn son xəbərlərdən danışıb. 
Qaynarinfo xəbər verir ki, video Navalnının mətbuat katibi Kira Yarmışın Twitter səhifəsində yerləşdirilib.
Jdanovun sözlərinə görə, onlara təhlükəli maddənin tapılması barədə məlumatı nəqliyyat polisinin bir nümayəndəsi verib. Eyni zamanda, istintaqın sirrini əsas gətirərək maddənin adını açıqlamaqdan imtina ediblər, lakin maddənin ölümcül olduğu bildirilib. 
"Bu, təkcə Alekseyə deyil, ətrafındakılara da təhlükə yaradır. Ətrafdakıların hamısı qoruyucu kostyumlarda olmalıdır", - Jdanov nəqliyyat polisinin nümayəndəsindən sitat gətirib.
10.34
Omsk xəstəxanasının həkimləri dünən səhərdən bəri zəhərləndiyi iddia edilən müxalifətçi Aleksey Navalnının başqa bir klinikaya köçürülməsinə icazə verməyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış Tvitter səhifəsində məlumat verib.
Onun dediyinə görə, baş həkim Navalnının vəziyyətinin qeyri-sabit olduğu üçün onun nəqliyyatla harasa aparılmaq olmaz. "Mən bu məsuliyyəti üstümə götürməyə hazır deyiləm", həkim deyib.
Yarmış qeyd edib ki, Navalnın daşınmasına qoyulan qadağa onun həyatı üçün birbaşa təhlükə deməkdir.
"Mövcud vəziyyətdə diaqnoz qoyulmadan, avadanlıq olmadan onun Omsk xəstəxanasında qalması ölümcül təhlükəlidir. Navalnının həyatı indi reanimasiya şöbəsinin baş həkiminin məsuliyyəti götürməkdən imtina etməsindən asılıdır", - Navalnı bildirib.
Bu arada Yarmış bir saat sonra Omskda Navalnının müalicəsi üçün Almaniyaya aparılması məqsədilə təşkil edilən bir təyyarənin enəcəyini deyib. "Buna qədər həkimlər onu aparmağa icazə verməyə hazır olduqlarını deyirdilər. Buna görə ən qısa müddətdə təşkil etdik. İndi son anda həkimlər icazə verə bilməyəcəyini deyirlər. Əlbəttə, bu qərarı onlar yox, Kreml qəbul edib”, - Yarmış əminliyini bildirib.
10.04
Aleksey Navalnının vəziyyəti dəyişməz qalır.
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Omsk vilayətinin Səhiyyə Nazirliyinin nümayəndəsi Tatyana Şakirova bildirib.
Daha əvvəl şöbə Navalnının vəziyyətinin sabit ağır olduğunu qeyd edib.
Dövlət rəsmisi Navalnının vəziyyətinin dəyişməz qalıb-qalmaması barədə jurnalistlərin sualını cavablandıraraq deyib: "Hələ ki, hə”.
Xatıladaq ki, avqustun 20-də Navalnının Tomskdan Moskvaya uçduğu təyyarə müxalifətçinin özünü pis hiss etməsi səbəbindən Omskda eniş etməyə məcbur olub. O, 1 saylı təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə aparılıb. Navalnının mətbuat katibi Kira Yarmışın dediyinə görə, Navalnını zəhərləyiblər.
Alpər