Günorta saatlarında Hərbi Dəniz Qüvvələrinin Komandanı 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadənin tuduğu vəzifədən azad olunması barədə xəbər vermişdik.
Qaynarinfo.Az-ın etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilirdi ki, Hicran Rüstəmzadə vəzifədən çıxarıldıqdan sonra ordudan təxris olunub.
Məlumatı dəqiləşdirmək üçün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə əlaqə saxlasaq da, o, telefonla sualları cavablandırmaqdan imtina etmişdi.
Artıq nazirlik xəbərimizi təsdiq edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hərbi Dəniz Qüvvələri Komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan, 57 yaşlı Hicran Rüstəmzadə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılıb.
Qaynarinfo.Az