Xəbər lenti

Komandası üçüncü oldu, vəzifəsindən göndərildi
İdman06:13 25.01.2024

Komandası üçüncü oldu, vəzifəsindən göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Afrika Millətlər Kubokuna ev sahibliyi edən, lakin qruplarda zəif nəticələrə görə üçüncü yerdə qərarlaşan Fil Dişi Sahili millisinin baş məşqçi Jan-Lui Qasset vəzifəsindən göndərilib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Fil Dişi Sahili Futbol Federasiyası açıqlama yayıb. Qeyd olunub ki, Qasset və köməkçisi Gislan Printant müqavilələrinə Afrika Kubokunun qrup matçlarında qeyri-qənaətbəxş nəticələrə görə xitam verilib.
Millini müvəqqəti olaraq Emerse Fae çalışdırmağa davam edəcək.
Ekvatorial Qvineya və Nigeriyanın 1/8 final mərhələsinə yüksəldiyi A qrupunda üçüncü yeri tutan Fil Dişi Sahili millisinin ən yaxşı qrup üçüncüləri olan komandaların sırasına qoşulmağa və turniri davam etdirməyə imkanı var.
Daha əvvəl Fransa millisini və PSJ-ni çalışdırmış 70 yaşlı Qasset 2022-ci ildə Patris Beaumelleni əvəzləyərək millinin "sükan"ı arxasına keçmişdi.
Səbuhi Həsənov