Fransa Milli Assambleyasının Təhqiqat Komissiyası Uber-in ölkədəki fəaliyyətinin və Emmanuel Makronun ölkənin iqtisadiyyat naziri olduğu müddətdə (2012-2014) xidmətə göstərdiyi yardım barədə hesabatların öyrənilməsini başa çatdırıb.
Qaynarinfo hazırlanmış hesabata istinadən xəbər verir ki, komissiya üzvləri 120 nəfərin ifadəsini dinləyib, lakin onların arasında İqtisadiyyat Nazirliyinin keçmiş əməkdaşı
olmayıb.
"Məğlubedilməz Fransa”dan Daniel Simonnet və Makronun "İntibah” partiyasından Benjamin Addadın rəhbərlik etdiyi komissiyanın bürosu buna sistemli şəkildə qarşı çıxdığından, o İqtisadiyyat Nazirliyinin əməkdaşları, "təəssüf ki," komissiya tərəfindən sorğu-sual edə bilməyib.
Nəticədə komissiya Emmanuel Makronun müntəzəm olaraq Uber nümayəndələri ilə əlaqə saxlaması və ABŞ taksi xidmətinə gizli kömək etməsi faktını təsdiqləyə bilib. "Uber dövlətin ən yüksək səviyyələrində müttəfiqlər tapıb... Uber Emmanuel Makron və onun kabineti arasında təmasların intensivliyi qeyri-şəffaf, lakin imtiyazlı münasibətləri sübut edir və dövlət maraqları naminə qərarların qəbul edilməsinə şəxsi maraqların təsirini ölçmək və qarşısını almaq üçün sistemimizin tamamilə acizliyini göstərir”.
Komissiya təsdiq edib ki, Makron və Uber gizli sövdələşməyə giriblər və buna əsasən, xidmətə sürücü hazırlığı saatlarının sayını 250-dən 7-yə endirməyə icazə verilib. Bunun müqabilində ABŞ şirkəti ölkədə istənilən şəxsə sürücü olmağa imkan verən Uber Pop xidmətini işə salmaqdan imtina edib. Bundan əlavə, parlament komissiyası müəyyən edib ki, xidmət bundan sonra həm Emmanuel Makrona, həm də onun partiyasına müntəzəm olaraq maliyyə dəstəyi verib.
Nəhayət, komissiyanın fikrincə, Uber hələ də prezident aparatı və ölkənin Nəqliyyat Nazirliyi ilə daim əlaqə saxlayaraq Fransa hökumətinin qərarlarına təsir edir.
Nizami Bağırov