Xəbər lenti

"Kommersant": “Bosch” Rusiya zavodlarından xilas olmaq istəyir
Dünya07:49 22.08.2022

"Kommersant": “Bosch” Rusiya zavodlarından xilas olmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın "Bosch” şirkətinin Rusiya strukturu ("BSX Məişət texnikası” MMC, Rusiya Federasiyasında soyuducu və paltaryuyan maşınlar istehsal edir) Sankt-Peterburq yaxınlığındakı Strelna kəndində yerləşən iki müəssisə üçün alıcı axtarır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” qəzetinə Rusiya elektronika bazarındakı mənbə bildirib.
Nəşrin yazdığına görə, qeyri-rəsmi məlumata görə, bir neçə rusiyalı pərakəndə satış şirkəti artıq aktivlərlə maraqlansa da, tələb olunan qiymət onları qane etməyib.
Eyni zamanda, bazar iştirakçıları zavodların 4,4 milyard rubla qədər başa gələ biləcəyinə inanırlar və Çin və ya Türkiyə satıcıları ən çox ehtimal olunan alıcılar hesab edilir.
Onu da xatırladaq ki, Rusiyanın Ukraynaya işğalçı hücumu (24 fevral 2022-ci il tarixindən) və onunla bağlı Qərbin sanksiyalarından sonra yüzlərlə xarici firma, o cümlədən tanınmış dünya brendlərinin istehsalçıları Rusiya bazarından müvəqqəti və ya tam çıxdıqlarını (istehsalın dayandırılması, Rusiya Federasiyasında investisiyaların və ya fəaliyyətlərin dayandırılması) elan ediblər. 
Alpər