Xəbər lenti

Kommunist deputat “Rusiya Günü”nün bayramlar siyahısından çıxarılmasını təklif etdi
Dünya14:42 07.11.2023

Kommunist deputat “Rusiya Günü”nün bayramlar siyahısından çıxarılmasını təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Günü”nün rəsmi qeyri-iş günləri siyahısından çıxarılması ilə bağlı qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilib. Sənədin mətni parlamentin aşağı palatasının rəsmi saytında dərc olunub.
Qaynarinfo xəbər verir ki, Qanun layihəsinə izahat yazısında təşəbbüs müəllifi, Rusiya Federasiyası Kommunist Partiyasından olan Dövlət Dumasının deputatı Anjelika Qlazkova izah edib ki, iyunun 12-də qeyd olunan Rusiya Günü rusların əksəriyyəti üçün əsas dövlət bayramına çevrilməyib.
Eyni zamanda, xalqın deputatı 7 Noyabr milli bayramının - Oktyabr Sosialist İnqilabı Gününün geri qaytarılmasını tələb edib. Qlazkova Belarusda bu günün hələ də bayram olduğuna diqqət çəkib. Bu arada, 7 Noyabr Rusiyada 2005-ci ilə qədər qeyd olunub.
Alpər