Xəbər lenti

Kondoliza Rays Putinə "şizofrenik" dedi
Dünya10:55 24.06.2014

Kondoliza Rays Putinə "şizofrenik" dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq dövlət katibi Kondoliza Rays Stenford Universitetində yerli şirkətlərin top-menecerləri qarşısında çıxışında Rusiya prezidenti Vladimir Putini tənqid və təhqir edib.

Aktual.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, o, Rusiya dövlət başçısının SSRİ-nin dağılmasına necə təəssüflənməsinə, həmçinin, Ukrayna məsələsində tutduğu mövqeyə aydınlıq gətirib.

Rays deyib ki, Putin başqalarını qorxuda saxlayan “şizofrenik”dir. Əlavə edib ki, faktiki olaraq, o, Ukraynanın şərqini iflic vəziyyətinə çatdırılmış bir bölgəyə çevrib. Rays, Putinlə görüşlərindən də bəzi məqamları diqqətə çatdırıb: 

"Bir dəfə o, mənə dedi ki, rus xalqı yalnız Böyük Pyotr və İkinci Aleksandr kimi güclü və xarizmatik liderlərin hakimiyyətləri dövründə güclü olub. Başa düşmədim ki, özünü də həmin dövlət xadimlərinin sırasında hiss edirmiş. Sadəcə, düşünürdüm ki, tarixi müqayisələr və paralellər aparır. Ancaq indi görürəm ki, o, rus xalqına ağalıq etmək itstəyir. SSRİ-nin dağılmasına, necə də, təəssüflənir”.