Xəbər lenti

Konqoda Ebolaya yoluxmaların sayı 780-i keçdi
Dünya 09:29 15.06.2026

Konqoda Ebolaya yoluxmaların sayı 780-i keçdi

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma halların sayı 782-yə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" hökumətə istinadən xəbər verib.

Son məlumatlara görə, 24 saat ərzində ölkədə 72 yeni yoluxma halı qeydə alınıb. 181 yoluxma ölümlə nəticələnib.

Qeyd olunur ki, epidemiya əvvəlki kimi Konqo Demokratik Respublikasının üç şərq əyaləti - İturi, Şimali Kivu və Cənubi Kivu ilə məhdudlaşır. Eyni zamanda virusun bu bölgələrdə yayılması tədricən genişlənir.


--> -->