Xəbər lenti

Konqresdə spikerliyə namizəd "Trampçı"ların təzyiqi ilə geri çəkildi
Dünya05:26 25.10.2023

Konqresdə spikerliyə namizəd "Trampçı"ların təzyiqi ilə geri çəkildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çərşənbə axşamı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi seçilən respublikaçı konqresmen Tom Emmer onu dəstəkləməkdən imtina edən partiyanın ifrat sağçı, "Trampçı" qanadının təzyiqi altında bir neçə saat sonra namizədliyini geri götürüb.
Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.
Nümayəndələr Palatasının respublikaçıları arasında bir neçə qapalı səsvermədən sonra Emmer 117 səslə spikerliyə namizəd seçilib. Bundan sonra fraksiya palatadakı səsvermədə namizədliyinin hansı şərtlərlə dəstəklənəcəyini müzakirə etməyə başlayıb.
Respublikaçılar Partiyası Konqresin aşağı palatasında 221 yerlik formal çoxluğa malik olsa da, yalnız beş respublikaçının səsi onlara istənilən qərarın qarşısını almağa imkan verir. Eyni zamanda, ifrat sağçıların onlarla nümayəndəsi heç bir halda Emmeri dəstəkləməyəcəklərini söyləyib.
Respublikaçılar arasında ən populyar siyasətçi olan ABŞ-ın keçmiş prezidenti Donald Tramp da prosesə müdaxilə edərək, spikerliyə yeni namizədə birbaşa qarşı çıxıb. 
Emmer öz namizədliyini geri götürdüyünə görə, respublikaçılar yenidən namizədin seçilməsi prosesinə başlamalıdırlar.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası yeni spiker seçilməyənə qədər yeni qanunlar qəbul edə bilməz. ABŞ-ın müvəqqəti federal büdcəsi yalnız noyabrın ortalarına qədər davam edir, ona görə də "şatdaun”un qarşısını almaq üçün Konqres bu problemi həll etməlidir.
Nizami Bağırov