ABŞ konqresmenləri qondarma Dağlıq Qarabağ Respublikasının müstəqillik gününə həsr edilmiş tədbirdə iştirak ediblər.
Qaynar.info axar.az-a istinadən məlumat verir ki, tədbirə konqresmen Frenk Pollen və Edvard Roys qatılıb.
Konqresmenlər Dağlıq Qarabağın azad ölkə kimi tanınmasında bundan sonra da yaxından iştirak edəcəklərini bildiriblər. Bununla yanaşı onlar ABŞ konqresi ilə Dağlıq Qarabağ parlamenti arasında əlaqələrin inkişafı üçün əllərindən gələn hər şeyi edəcəklərini qeyd ediblər. Konqresmenlər həmçinin Dağlıq Qarabağın azadlığının ABŞ Konqresi tərəfindən tanınmasına çalışacaqlarını söyləyiblər. Onların tədbirdə xüsusi nitqlə də çıxış etdiyi bildirilib.
Qeyd edək ki, tədbirdə iştirak edən Edvard Roys Xarici Məsələlər üzrə Komitənin sədridir. Qaynar.info