
48 yaşlı amerikalı rok ifaçısı Merlin Mansonun konserti faciə ilə bitib.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda salonların birində konsert verən müğənni xəstəxanalıq olub. Rok ifaçısı səhnədə olarkən dəmir konstruksiya üstünə aşıb. Bu zaman tamaşaçılar arasında çaxnaşma düşüb. Konsert yarımçıq dayandırılıb.
Hadisədən dərhal sonra sənətçi xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin necə olması barədə isə hələlik bir məlumat verilməyib.
Qaynarinfo.Az



