Xəbər lenti

Konstitusiya Məhkəməsindən "azan səsi" QƏRARI
Dünya10:30 13.10.2016

Konstitusiya Məhkəməsindən "azan səsi" QƏRARI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Konstitusiya Məhkəməsi evinin yaxınlığındakı məscidlərdə yüksək səslə azan verilməsindən narahat olan şəxsin şikayətinə baxıb.

İzmirin Göztəpə rayonunda yaşayan şikayətçi evinin yaxınlığındakı məscidlərdən sübh vaxtı yüksək səslə azan verildiyi üçün yuxusunun qaçdığını, mənsub olmadığı bir dinin ibadətinə məcbur edildiyini qeyd edib.

Buna görə yerli məhkəməyə şikayət edən şəxs iddiası rədd edilincə Konstitusiya Məhkəməsinə müraciət edib.

Lakin Konstitusiya Məhkəməsi də şikayəti qəbul etməyib. Məhkəmənin qərarında əhalisinin böyük əksəriyyəti müsəlman olan Türkiyədə ibadətə çağırış vasitəsi olan azanın islamın bütün məzhəblərində qəbul edildiyi, ayrı-seçkiliyə səbəb olmadığı bildirilib.(trend)

Qaynarinfo.Az