Xəbər lenti

Koreya liderinin qardaşını bu qadın öldürüb - FOTO
Dünya11:25 15.02.2017

Koreya liderinin qardaşını bu qadın öldürüb - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı Malayziyada öldürməkdə şübhəli bilinən qadının fotosu yayılıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun şəkli təhlükəsizlik kamerası tərəfindən görüntülənib. Məlumata əsasən foto oto gənc qadın qətli törətdikdən sonra hava limanında taksi gösləyərkən qeydə alınıb. 

“Reuters” yazır ki, qətli törətməkdə şübhəli bilinən Myanma vətəndaşı saxlanılıb. Qadının adı açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Şimali Koreya lideri Kim Çen Inın qardaşı Malayziyada qətlə yetirilib. Şimali Koreya liderinin qardaşı Kim Çon Nam Kuala –Lumpur hava limanında Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən zəhərlənib.

Qaynarinfo.Az