
Şimali Koreya beynəlxalq sanksiyalara baxmayaraq, qitələrarası ballistik raket və nüvə silahı sınaqlarını davam etdirir.
Qaynar.info-nun məlumatına görə, ABŞ Cənubi Koreya ilə birlikdə keçirdiyi hərbi təlimdə B-52 bombardmançı təyyarələrinin Şimali Koraya üzərində uçuşlar həyata keçirdiyini açıqlayıb.
Bu barədə məlumatı freebacon.com saytı yayıb. Saytın yayadığı məlumata görə, Pentaqon rəsmisi Corc Littl verdiyi açıqlamasında, "Cənubi Koreya ilə olan müttəfiqliyimizə görə, güclü siqnal göndərməyimiz sirr deyil" deyib.
Qeyd edək ki, Quam adalarındakı Andersen hərbi hava bazasında yerləşdirilən B-52 bombardmançıları ABŞ Sakit okean komandanlığının "Continuous Bomber Presence" adlı proqram çərçivəsində hərəkət edir.
Bu bazanın 2004-cü ildən B-52-lər üçün istifadə olunduğunu deyən Littl həmin təyyarələrin həmçinin nüvə başlıqlı raketlər də daşıdığını və Asiya Sakit okean regionunda mövqelərini gücləndirmək üçün belə uçuşları davam etdirəcəklərini bildirib.
Pentaqon rəsmisi eyni zamanda bildirib ki, Şimali Koreya üzərində uçuş həyata keçirən bombardmançılar nüvə başlıqlı raketlər daşıyırmış.
Qaynar.info