Xəbər lenti

Koroğluya 8 il iş verildi
Dünya10:38 14.07.2013

Koroğluya 8 il iş verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meriyanın keçirdiyi hərraca qatılmaq istəyən biznesmen azərbaycanlı “qanuni oğru”nun planlarını pozub

Rusiyada azərbaycanlı “qanuni oğru” Koroğlu Məmmədov məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Nijni Taqil məhkəməsinin qərarı ilə “Karo” ləqəbli “qanuni oğru” Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ilə ittiham olunub. Rusiya mətbuatını məlumatına görə, 2009-cu ildə K.Məmmədov özünün və həyat yoldaşının maraqlarından çıxış edərək Nigni Taqildəki topdansatış bazası üzərində nəzarəti ələ almaq istəyib. Həmin il müəssisənin səhmlərini 10,6 faizi Karonun xanımına məxsus olub.

Ancaq Niji Taqil rəhbərliyi daha sonralar adı dəyişdirilərək “Taqilloptorq” olan müəssisənin səhmlərini satışa çıxarılmasını qərara alıb. Həmin səhmləri Karonun alması gözlənilirdi. Ancaq bu zaman Taqildən olan başqa bir biznesmen də hərracda iştirak etmək istədiyini bildirib.

Meriyanın keçirdiyi hərraca qatılmaq istəyən biznesmen azərbaycanlı “qanuni oğru”nun planlarını pozub. Məmmədov həmin biznesmeni hərracda iştirakdan çəkindirməyə çalışıb, ancaq buna nail ola bilməyib. Qanuni yollarla səhmləri ala bilməyəcəyini görən Karo başqa üsula əl atıb. 18 avqustdan 25 oktyabradək olan müddətdə o, biznesmenin kabinetinə gedərək onu hədələyib və döyüb. Biznesmen hüquq-mühafizə orqanlarına müraciət edib və Karoya qarşı cinayət işi açılıb.

Məhkəmənin sonunda o, cəzasının ümumi rejimli kaloniyada çəkməklə 8 il azadlıqdan məhrum edilib. "Baymedia" saytı xəbər verir ki, əslən Gürcüstandan olan Koroğlu Məmmədov bundan əvvəl də məhkum edilib. O, Uralda Taqilin kriminal qruplaşmalarına nəzarət edib. 2004-cü ilə qədər isə Ded Xasanın bölgə üzrə “nümayəndəsi” olub. Ancaq kriminal aləmdə yaranan fikri ayrı-seçkiliyi nəticəsində Karonun statusundan məhrum edildiyi barədə də məlumatlar yayılıb./anspress/