Xəbər lenti

Koronavirus insan ömrünü ən azı 10 il qısaldır! (ARAŞDIRMA)
Sağlamlıq17:40 27.04.2020

Koronavirus insan ömrünü ən azı 10 il qısaldır! (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yüz minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar davam etdirilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Şotlandiyanın Qlazqou Universitetində aparılan araşdırmanın nəticələri isə hər kəsi şoka salıb. Məlumata görə, koronavirusa yoluxan insan müalicə olunub sağalsa belə onun həyatının 10-13 il qısaldığı məlum olub. Araşdırmada İtaliyada koronavirusa yoluxub dünyasını dəyişənlərin məlumatlarından istifadə olunub. 
Bu göstəricinin cinsiyyətlər üzrə fərqləndiyi də bildirilib. Belə ki, koronavirusa yoluxan qadınlar 11, kişilər isə 13 il "geri düşürlər". Eyni zamanda bu rəqəmlər xroniki xəstəliyi olmayan şəxslərə də aiddir. Yəni, koronavirusa yoluxan şəxsin xroniki xəstəliyinin olub-olmaması onun həyatından qısalan illərə təsir etmir.