Xəbər lenti

Koronavirus Luvr muzeyini məhv edib: “Hələ 3 il belə olacaq...”
Dünya09:28 25.06.2020

Koronavirus Luvr muzeyini məhv edib: “Hələ 3 il belə olacaq...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paris Luvr muzeyi iyulun 6-da ziyarətçilər üçün açılmağı planlaşdırır. 
Qaynarinfo xəbər verir ki, muzeyin direktoru Jan-Luk Martinezin sözlərinə görə, açılış koronavirus infeksiyası ilə əlaqədar yaranan böyük maliyyə itkisi şəraitində baş verəcək.
"Muzeyin maliyyə itkiləri artıq 40 milyon avronu ötüb. Bu vəsaəit biletlərin satışından, tədbirlər üçün müxtəlif yerlərin verilməsindən əldə edilirdi",- direktor deyib.
O, qeyd edib ki, hazırda muzey ziyarətçilərinin sayını gündə 5-10 min nəfərə endirmək lazımdır. Onun sözlərinə görə, ən yaxşı ssenaridə iştirak 2019-cu il göstəricilərinin 20-30 faizini təşkil edəcək.
"Artıq vəziyyət elədir ki, bir müddət Çin və ABŞ-dan turistlərin gəlməməsi avtomatik olaraq muzeyə gələnlərin sayını 25% azaldır",- Martinez deyib.
"Luvr”un direktoru məşhur muzey 80% ziyarətçisindən məhrum olacaq, çünki xarici qonaqların payı təqribən 75% idi. Bununla yanaşı, o əlavə edib ki, ziyarətçi axınının azalması ən azı üç il davam edəcək. Muzey rəhbərliyi qonşu bölgələrin sakinləri ilə yanaşı Paris ictimaiyyətini də aktivləşdirməyə çalışacaq.
Alpər