Çində koronavirus qurbanlarının sayı çoxalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xalq Respbulikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 722 nəfərə çatıb.
34,5 min nəfər virusa yoluxub, 2050 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
"Fevralın 7-i gecə yarıya olan məlumata görə, Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi 31 əyalətdən (rayonlardan, şəhərlərdən) virusa 34 546 yoluxma hadisəsi barədə informasiya alıb. 31 744 nəfərin müalicəsi hələ davam etdirilir, onlardan 6101 nəfər ağır vəziyyətdədir, 2050 nəfər xəstəxanalardan buraxılıb, 722 nəfər vəfat edib”, - xəbərdə bildirilir.