Xəbər lenti

Koronavirus Türkiyəyə də ayaq açdı, ilk hal qeydə alındı
Dünya08:43 11.03.2020

Koronavirus Türkiyəyə də ayaq açdı, ilk hal qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə yeni növ koronavirus infeksiyasının ilk hadisəsi (Covid-19) qeydə alınıb. 
Qaynarinfo xəbər verir ki, bu haqda respublikanın Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
"Bu gecə ölkəmizin bir vətəndaşı koronavirus şübhəsiylə testdən keçirildi. Təhlillər müsbət nəticə göstərdi”, - nazir deyib.
Onun sözlərinə görə, yoluxmuş şəxs bu yaxınlarda Avropaya səfərdən qayıdıb. Qoca əlavə edib ki, hazırda xəstə karantindədir. Onun ümumi vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.
Bundan əlavə, xəstənin ailə üzvləri, eləcə də onunla yaxın əlaqədə olanlar da nəzarət altına alınıb.
Alpər