Xəbər lenti

Koronavirusa baxmayaraq, Çin ilə yük daşımaların həcmi artıb
Dünya10:51 19.03.2020

Koronavirusa baxmayaraq, Çin ilə yük daşımaların həcmi artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası ilə Çin arasında yük daşımalarının həcmi yeni növ koronavirusun yayılması ilə bağlı ağır vəziyyətə baxmayaraq, getdikcə artır. 
Qaynarinfo xəbər verir ki, müvafiq açıqlama ilə Rusiyanın Harbindəki baş konsulu Vladimir Oşşepkov çıxış edib.
"Hər gün 300-dən çox yük maşını, 30-35 qatar Rusiya-Çin sərhədində yerüstü keçid məntəqələrindən keçir. Taxta, soya, kömür, filiz və gübrələr əsasən Rusiyadan nəql olunur" -Baş konsul deyib.
Eyni zamanda, o, yeni növ koronavirusun yayılması ilə mübarizə çərçivəsində iki ölkənin hakimiyyət orqanları tərəfindən görülən tədbirlərin qarşılıqlı ticarətə mane olduğunu da gizlətməyib.
"Eyni zamanda, inanırıq ki, yoluxmaya qarşı tədbirlər ləğv edildikdən sonra Rusiya-Çin ticarət dövriyyəsi sürətlə əvvəlki səviyyəsini bərpa edəcək", - konsul əlavə edib.
Alpər