Xəbər lenti

Koronavirusa görə bu da oldu: Rusiyada kranla nikah mərasimi (VİDEO)
Dünya13:42 15.05.2020

Koronavirusa görə bu da oldu: Rusiyada kranla nikah mərasimi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanı təsiri altına alan koronavirus pandemiyası səbəbindən ciddi tədbirlərin alındığı Rusiyada qeyri-adi nikah mərasimi baş tutub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Krasnadar şəhərində küçəyə çıxma qadağasına baxmayaraq nikah tarixlərini ertələmək istəməyən cütlük evlərinin eyvanında evləniblər. Nikah məmurunun isə binanın çölündən kranla yuxarı qalxması nəticəsində ortaya ilginc görüntülər çıxıb.
Sosial şəbəkələrdə paylaşılan videoda bəy və gəlinin olduğu eyvanın şarlarla bəzədildiyi, qonaqların isə mərasimi telekonfrans vasitəsilə izlədiyi əks olunub.
Camal