Xəbər lenti

Koronavirusa üç yeni simptom əlavə edildi
Sağlamlıq08:11 27.06.2020

Koronavirusa üç yeni simptom əlavə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusun təsvirinə üç yeni simptom əlavə edilib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin saytında bildirilib.
COVID-19 əlamətlərinə burun tutulması, ürəkbulanma və ishal əlavə olunub.
Əvvəllər koronavirusun simptomu kimi yüksək temperatur, öskürək və nəfəs darlığı göstərilirdi.
Daha sonra titrətmə, əzələ ağrısı, boğaz ağrısı, dad və qoxu hissinin itirilməsi də koronavirusun əsas simptomlarından sayıldı.