İranda yeni növ koronavirusa yoluxan və sağalan millət vəkili Zöhrə İlahiyan İran Dövlət Televiziyasına virusa necə qalib gəlməyi ilə bağlı açıqlama verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, virusun elə də qorxunc olmadığını deyib. Bildirib ki, məcbur olmayacağı təqdirdə səyahət etməmək, əlləri tez-tez yumaq və əlləri üzə vurmamaq lazımdır.
Qeyd edək ki, Çində ortaya çıxan virus fevralın 19-da Qum şəhərində müəyyən edilmiş və qısa zamanda bütün ölkəyə yayılmışdı.
Camal