Xəbər lenti

Koronavirusun ən təhlükəli variantı aşkarlandı – ÜST-dən xəbərdarlıq
Sağlamlıq09:15 25.11.2021

Koronavirusun ən təhlükəli variantı aşkarlandı – ÜST-dən xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusun daha bir təhlükəli növü aşkarlanıb. Yeni yaranan növə "Nu variantı” adı verilib. 
Bəs yarandığı vaxtdan bu günə qədər bir çox ölkədə 10 halda aşkar edilən və artıq hökumətlərin ehtiyat tədbirləri görməyə hazırlaşmasına səbəb olan koronavirusun "Nu variantı” nədir? 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, az sayda insanda görülən və B.1.1.529 adlanan Nu variantının koronavirusun indiyədək aşkarlanmış ən çoxşaxəli mutasiyaya uğramış versiyası olduğu açıqlanıb. Afrika qitəsində aşkar edilən yeni variant üçün hökumətlər variantın öz ölkələrinə yoluxmasının qarşısını almaq üçün tədbirlər görməyə başladıqlarını açıqlayıblar.
Alimlərin açıqlamasına görə, ilk dəfə Cənubi Afrika, Botsvana və Honq Konqda aşkar edilən Nu variantı 32 fərqli mutasiya genetik kodu daşıyır. Bildirilir ki, koronavirus peyvəndlərinə qarşı daha davamlı və daha yoluxucu olduğu açıqlanan variant indiyə qədər rastlaşdığımızlar arasında ən təhlükəlisi ola bilər. Bu günə qədər Nu variantı yalnız 10 halda aşkar edilmişdir. Variantın diaqnoz qoyulmamış QİÇS xəstəsini yoluxdurduqdan sonra mutasiyaya uğradığı güman edilir. 
Açıqlamaya görə, Nu variantı ən pisi ola bilər, o cümlədən delta variantı bu gün bütün dünyada halların yayılmasına böyük təsir göstərir. Delta variantı adi virusdan 60% daha yoluxucu idi. Variantda aşkar edilən bəzi mutasiyalar və onların təsiri aşağıdakılardır:
-Antikorlardan qaçmağa kömək edir.
-İkisi birlikdə çox nadirdir, peyvəndə qaşı güclü müqavimət göstərir.
-İnfeksiya sürətini artırır.
-Əks Təsirləri hələ məlum deyil.
Nu variantı artıq ölkələrin bir sıra tədbirlər görməsinə səbəb olub. Böyük Britaniya Nu variantının ölkəyə gəlməsinin qarşısını almaq üçün Cənubi Afrika, Botsvana, Namibiya, Zimbabve, Lesoto və Esvatiniyə uçuşları dayandırmaq üçün tədbirlər görüb. Böyük Britaniya bu ölkələri qırmızı siyahıya salmağa hazırlaşır.
Ölkəmizdə isə Koronavirusun Nu variantı aşkar edilməyib.
Kamran Xəlilov