Xəbər lenti

Koronavirusun uşaq orqanizmində qalma müddəti açıqlandı
Sağlamlıq18:03 31.08.2020

Koronavirusun uşaq orqanizmində qalma müddəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi koreyalı alimlər yeni növ koronavirus infeksiyasının uşaqların orqanizmində nə qədər müddət qaldığını tədqiq ediblər.
"Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, alimlərin fikrincə, Covid-19 uşaqların orqanizmində bir neçə həftə qala bilər. Virus əsasən onların burun və boğaz nahiyələrində müşahidə olunur. Bu hal heç bir simptom olmadan da özünü göstərə bilər. Bununla da uşaqlar Covid-19-u asanlıqla digər insanlara ötürə bilirlər.
Bundan başqa, tədqiqatlar zamanı yetkinlik yaşına çatmış insanların 40%-nin virusun simptomsuz daşıyıcıları olduğu öyrənilib.