Xəbər lenti

Korpus komandirinin helikopteri atəşə tutuldu
Dünya13:28 21.06.2013

Korpus komandirinin helikopteri atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Hakkari vilayətində Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ordusunun hərbi qulluqçularını daşıyan hərbi vertolyotu atəşə tutublar. 

Hərbi qulluqçular arasında diviziya və korpus komandirləri də olub. Vertolyot istiqamətində dörd atəş açılıb ki, onlardan biri hədəfə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, PKK yaraqlıları mayın 8-dən etibarən Türkiyə ərazisini tərk etməyə başlayıblar.

Qaynar.info