
Korrupsya və mafiya-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu Bolqarıstanda əhali çarəni özünü yandırmaqda görür.
Qaynar.info xəbər verir ki, fevral ayından bəri korrupsiyaya görə 10 nəfər özünü yandırıb. Onlardan 6-sı ölüb.
Bolqarıstanda Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyinə qalmaqallı Delyan Peevskinin gətirilməsi qərarı xalqın etirazına səbəb olmuşdu. Kütləvi aksiyalar nəticəsində baş nazir Plamen Oreşarski sonda qərarını gerin götürmüşdü.
Ancaq bolqarlar Oreşarski hökumətinin də istefasını tələb edir.
Qaynar.info