Xəbər lenti

Kosmik Stansiyada bütün tualetlər sıradan çıxdı: Astronavtlar pis durumda
Dünya14:15 27.11.2019

Kosmik Stansiyada bütün tualetlər sıradan çıxdı: Astronavtlar pis durumda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Kosmik Stansiyada bütün tualetlər sıradan çıxıb.
Qaynarinfo xəbər verir ki, bu, heyət üzvlərinin NASA tərəfindən yayımlanan yerüstü mütəxəssislərlə apardığı danışıqlar zamanı məlum olub.
Qeyd edək ki, BKS-də iki Rusiya istehsalı olan tualet var: Rus "Zvezda” modulunda bir sanitar kanalizasiya qurğusu (ACS) və Amerikanın "Tranquility” modulunda WHC. Bundan əlavə, stansiyaya yerləşdirilən "Soyuz” kosmik gəmisində də tualetlər mövcuddur, lakin onlar kosmik gəminin avtonom uçuşu zamanı istifadə olunur və yalnız BKS-də ən zəruri hallar üçün nəzərdə tutulub.
BKS komandiri italyan Luka Parmitano Yerə bildirib ki, hazırda WHC zədələndiyinə görə işləmir və həddindən artıq dolmuş kanalizasiya çəni həyəcan siqanalı üzündən istifadə edilmir.
Bununla əlaqədar olaraq, Luka Parmitano Hyuston Missiya Nəzarət Mərkəzindən astronavtların Avropa Columbus modulunda saxlanılan UCD sidik toplama cihazlarından müvəqqəti istifadə etmələrinin mümkünlüyü barədə icazə istəyib və razılıq alıb.
Rus kosmonavtların birdəfəlik paketlərdən istifadə edib-etmədikləri məlum deyil.
Hazırda BKS-də ruslar Alesandr Skvortsov və Oleq Skripoçka, amerikalılar Kristina Kuk, Andreu Morqan və Cessika Meir uçuş həyata keçirir.
Alpər