Xəbər lenti

Kosmosa 900 turist bileti satıldı – QİYMƏT
Dünya14:47 28.11.2017

Kosmosa 900 turist bileti satıldı – QİYMƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniyalı sahibkar və milyarder Riçard Brensonun "Virgin Galactic” şirkəti  ilk kosmik turistlərə 900-ə yaxın bilet satıb.
Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, bu barədə Brenson özü Moskvada keçirilən "Synergy Global Forum 2017” biznes forumunda bildirib.
"Ümid edirəm ki, 2-3 aydan sonra "Virgin Galactic” kosmosa yola düşəcək və tamamilə yeni kosmik era başlayacaq. Beləliklə, burada olan bir çox insanlar kosmosa getmək imkanına nail ola biləcəklər”, - deyə o bildirib.
Hazırda "kosmosa” biletin qiyməti 250 min dollar dəyərindədir. Ancaq sahibkarın sözlərinə görə, zaman-zaman onun qiyməti düşə bilər. 
Qeyd edək ki, artıq "Virgin Galactic” şirkəti "SpaceShipTwo” turist gəmisinin bir neçə sınağını keçirib. Həmçinin suborbital kosmik uçuş da planlaşdırılıb.