
DÇ-2018-in seçmə mərhələsinin Ukrayna - Kosova matçının keçiriləcəyi yer müəyyənləşib.
Qaynarinfo.az saytının məlumatına görə, oktyabrın 9-da keçiriləcək görüş Bolqarıstanda baş tutacaq.
Buna Ukrayna Xarici İşlər Nazirliyinin tövsiyəsi səbəb olub. Qurum qarşılaşmanın neytral meydanda keçirilməsini istəyib. Çünki Ukrayna Kosovonun müstəqilliyini tanımayıb.
Qaynarinfo.Az